QuruXəbərlər

“Rheinmetall” Rumıniyaya tədarük ediləcək HHM sistemlərinin detallarını açıqlayıb

Almaniyanın “Rheinmetall” şirkəti Rumıniya üçün tədarük ediləcək hava hücumundan müdafiə (HHM) sistemləri barədə detalları açıqlayıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sözügedən sistemlər döyüş maşınları, gəmilər və HHM sistemlərini əhatə edən 5,7 milyard avro dəyərində geniş sifariş paketinin tərkib hissəsidir.

Sifariş çərçivəsində Rumıniyaya 24 ədəd “Skyranger 35”, yeddi ədəd “Skynex” HHM sistemi və dəniz hava hücumundan müdafiə həlləri üçün iki ədəd “Millennium Gun” sistemi çatdırılacaq.

Rumıniya üçün nəzərdə tutulan “Skyranger 35” sistemləri sınaqdan keçmiş “Lynx KF41” tırtıllı platformasına inteqrasiya ediləcək.

Bildirilib ki, “Skyranger 35” sisteminin yüksək atəş gücü və sensor imkanları, “Lynx” piyada döyüş maşınının (PDM) təmin etdiyi mobillik və mühafizə imkanları ilə birlikdə müasir təhlükələrə qarşı effektiv həll təqdim edir. Son geosiyasi hadisələr, o cümlədən Rumıniya hava məkanında pilotsuz uçuş aparatlarının aşkarlanması ilə bağlı insidentlər yüksək mobilliyə malik çox qısamənzilli HHM sistemlərinə ehtiyacın artdığını göstərib.

Back to top button