HavaXəbərlər

“Rheinmetall” və “Destinus” raket istehsalı üzrə birgə müəssisə yaradır

“Rheinmetall” (Almaniya) və “Destinus” (Niderland) şirkətləri raket istehsalı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bu müəssisə “Rheinmetall Destinus Strike Systems” adlandırılacaq.

Birgə müəssisənin “Rheinmetall” 51 faiz payına, “Destinus” isə qalan 49 faiz payına sahib olacaq.

“Rheinmetall Destinus Strike Systems” şirkəti qanadlı və ballistik raketlər də daxil olmaqla, qabaqcıl raket sistemlərinin istehsalını, satışını və çatdırılmasını həyata keçirəcək.

Back to top button