
“Rheinmetall” xarici müştəriyə 155 mm-lik artilleriya sursatları tədarük edəcək
Almaniya mərkəzli “Rheinmetall” şirkətinin törəməsi olan “Rheinmetall Denel Munition” şirkəti adı açıqlanmayan beynəlxalq müştəriyə 155 mm-lik ERFB (extended range, full bore) artilleriya sursatları tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün “Rheinmetall Denel Munition” beynəlxalq müştəridən iki sifariş alıb.
Sifarişlərə 155 mm-lik mərmilərin, onlar üçün barıt və alışdırıcıların tədarükü daxildir.
Qeyd olunub ki, bu son sifarişlər dünyadakı gərginliklərin fonunda sürətlə artan beynəlxalq tələbin nəticəsidir. İri kalibrli sursat istehsalında dünyanın aparıcı istehsalçılarından biri olan “Rheinmetall”, 2022-ci ildən bəri istehsal gücünü artırır və 2027-ci ilə qədər ildə ən azı 1.1 milyon ədəd 155 mm-lik artilleriya mərmisi istehsal etməyi hədəfləyir.