“Roketsan” ən son məhsullarını Azərbaycanda nümayiş etdirir – FOTO

“Roketsan” ən son məhsullarını Azərbaycanda nümayiş etdirir – FOTO

Türkiyənin “Roketsan” şirkəti Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində milli olaraq hazırlanmış məhsullarını nümayiş etdirir.

“Poliqon”un məlumatına görə “Roketsan” stendində şirkətin MAM (Mini Ağıllı Sursat) ailəsinin MAM-C, MAM-L və MAM-T ağıllı aviasiya sursatları, TRLG-122 və TRLG-230 raketləri, Mikro Peyk Buraxma Sistemi (MUFS) yer alır.

MAM sursat ailəsi Türkiyənin “Baykar” şirkətinin “Akıncı” pilotsuz uçuş aparatına (PUA) və digər PUA-lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya edilə bilir.

MAM-L və MAM-C

“Roketsan”ın MAM-L və MAM-C sursatları rəqibləri ilə müqayisədə daha uzun mənzilə sahib olmaları və PUA-dan hədəf aşkarlandığı halda “angaje” ola bilmələri ilə diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016-cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir.

MAM-C 8 kilometrə, MAM-L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəflərin vurulmasında istifadə edildiyi platformanın aşkarlanma və zərərsizləşdirilmə riskini azaldır.

Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM-L

MAM1

MAM (Mini Ağıllı Sursat) ailəsinin MAM-C, MAM-L və MAM-T ağıllı aviasiya sursatları

idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub.

MAM-T

“Roketsan” MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM-T sursatını hazırlayıb.

Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.

Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM-T sınaqlar zamanı hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurub.

Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat Qlobal Mövqeləşdirmə Sistemi (GPS) və İnersial Naviqasiya Sistemi (ANS) tərəfindən dəstəklənə bilən yarı aktiv lazer axtarıcı (LAB) başlıq ilə təchiz edilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, qabiliyyət və performansını döyüş meydanında dəfələrlə sübut etmiş “Roketsan”ın MAM ailəsi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bir çox ordunun inventarının zərbə gücü olmağa davam edir. Bildirilib ki, MAM ailəsi hazırda Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir.

Qeyd edək ki, “Roketsan” şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.

TRLG-122

Türkiyənin “Roketsan” şirkəti 122 mm çaplı TRLG-122 “yer-yer” tipli raketini yerli və milli imkanlar hesabına hazırlayıb. Raket ilk dəfə IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, lazer arayıcı başlıq ilə təchiz edilən TRLG-122 raketi yüksək dəqiqliyə malikdir. GPS və ya GNSS naviqasiya sistemi ilə idarə olunan raket, yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 13-30 kilometr aralığında yerləşən böyük əhəmiyyətli hədəflərin məhv edilməsi üçün hazırlanıb.

TRLG

TRLG-122 və TRLG-230 raketləri

Kütləsi 76 kq təşkil edən TLRG-122 raketi, 13,5 kq ağırlığında döyüş başlığı ilə təchiz edilib. Raket 2 metrdən az sapma ilə hədəfi vurmaq qabiliyyətinə malikdir.

Atışa hazır vəziyyətdə nəql edilə, saxlanıla və istifadə edilə bilən TRLG-122 raketi, istifadəçinin sahədəki təchizat və hazırlıq proseslərini də asanlaşdırır. Artilleriya və hava hücumundan müdafiə sistemləri, radar mövqeləri, cəmləşmə rayonları, logistika müəssisələri, o cümlədən komanda, nəzarət və rabitə sistemləri və digər yüksək strateji hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

TRLG-230

230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə PUA-lar vasitəsilə yönləndirmək mümkündür. “Roketsan” şirkəti tərəfində hazırlanan TRLG-230 raketi çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edilib. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri “Bayraktar TB2” PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib. TRLG-230 raketi ilə hədəflər yüksək dəqiqliklə vurulub.

MUFS

Mikro Peyk Buraxma Sistemi (MUFS)

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS