ROKETSAN-ın “Atmaca” gəmi əleyhinə raketinin sınaqları keçirilib
Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan uzaq mənzilli “Atmaca” gəmi əleyhinə raketin növbəti sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosila media hesabında deyib.
“İlk milli gəmi əleyhinə raketimiz “Atmaca”, milli gəmimiz TCG Kınalıadadan atəş sınaqları zamanı hədəfi uğurla məhv etdi. Əməyi keçən hər kəsi təbrik edirəm. Qəhrəman ordumuza xeyirli olsun!” – deyə SSB sədri İsmail Dəmir bildirib.
CATEGORIES Xəbərlər