“Roketsan” KARAOK TƏİR kompleksinin seriyalı istehsalına hazırlaşır

“Roketsan” KARAOK TƏİR kompleksinin seriyalı istehsalına hazırlaşır

Türkiyənin “Roketsan” şirkəti Pakistanın böyük və güclü Ordusunu dəstəkləyəcək yüksək texnologiyaya sahib məhsul çeşidlərini IDEAS-2022 sərgisində nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, “Roketsan”ın korporativ strategiya, texnologiyanın idarə edilməsi və marketinq fəaliyyətlərindən cavabdeh olan, şirkətin baş direktorunun müavini Murat Kurtuluş POLİQON jurnalına müsahibəsində bildirib ki, IDEAS sərgisində öncəliklə tank əleyhinə sistemlərini gündəmə gətiriblər.

“IDEAS-2022 sərgisində OMTAS orta mənzilli və UMTAS uzun mənzilli tank əleyhinə raketlərimizi sərgilədik. Eyni zamanda qarşımızdakı növbəti ildə seriyalı istehsalına başlayacağımız olan qısa mənzilli – 2.5 kilomet atış uzaqlığına malik KARAOK raketimizi də IDEAS-da nümayiş etdirmək imkanı qazandıq.

Digər bir qrup olaraq pilotsuz uçuş aparatlarında istfadə edilən bizim mini ağıllı sursat dediyimiz MAM ailəsinin bütün üzvləri: MAM-C, MAM-L və MAM-T bu sərgidə nümayiş etdirilib.

Təbii ki, məhsullarımız 40-dan çox olduğu üçün hamısını buraya gətirmək şansımız yoxdur. Buna baxmayaraq, Pakistanın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının xidmətinə təqdim edəcəyimiz həm məhsul, həm də texnologiyalarımız “Roketsan”ın məhsul çeşidləri arasında yer almaqdadır”, – deyə Murat Kurtuluş vurğulayıb.

Həmçinin bax: KARAOK TƏİR kompleksi Türkiyə Ordusunun silahlanmasına daxil olur

Poliqon.az

CATEGORIES
TAGS