“Roketsan” şirkəti yeni “Tayfun” raketinin atış sınağını keçirib

“Roketsan” şirkəti yeni “Tayfun” raketinin atış sınağını keçirib

Türkiyədə “Roketsan” şirkəti tərəfindən hazırlanan yeni “Tayfun” raketinin atış sınağı keçirilib.

Bu barədə “Poliqon” DHA xəbər agentliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Türkiyən Müdafiə Sənayesi Başqanlığının (SSB) layihəsi əsasında hazırlanan “Tayfun” raketinin qurudan dənizə uzun mənzilli atış sınağı Türkiyənin Rizə-Artvin hava limanında Milli Müdafiə Nazirliyinə (MSB) aid olan apronda baş tutub.

Qeyd edək ki, şirkət tərəfindən “Tayfun” raketinin texniki xüsusiyyətləri açıqlanmasa da, Türkiyə mediasında yer alan məlumatlarda raketin 500 kilometrdən çox mənzilə sahib olduğu bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS