“TEKNOFEST Azərbaycan”Xəbərlər

“Roketsan” “TEKNOFEST Azərbaycan”da gənclərin görüşünə gələcək

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in həyəcanı Azərbaycana daşınır. Türkiyənin raket istehsalı mərkəzi “Roketsan” 26-29 may tarixlərində keçiriləcək “TEKNOFEST Azərbaycan”da gənclərin görüşünə gələcək.

Bu barədə “Poliqon”a “Roketsan” şirkətindən məlumat verilib.

2018-ci ildən Türkiyə Texnologiya Komandası Fondu (T3 Vəqfi) və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil edilən TEKNOFEST festivalı 7-dən 70-ə qədər böyük həyəcana şahidlik edən gəncləri aviasiya, kosmos və texnologiya sahələrində ixtiraçı olmağa həvəsləndirir. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə TEKNOFEST bu il qapılarını Azərbaycanda da açır.

Təşkil olunduğu ilk ildən TEKNOFEST-in ən böyük dəstəkçilərindən biri olan və hər il təşkil etdiyi Raket Yarışması ilə gələcəyin mühəndis və alimləri üçün üfüqlər açan “Roketsan” bu il də azərbaycanlı gənclərin yanında olmağa hazırlaşır.

Poliqon.az

Back to top button