QuruXəbərlər

“Rosel”: PUA-lara qarşı müdafiə komplekslərinə tələbat yüz dəfələrlə artıb

Xüsusi hərbi əməliyyatın başlanmasından etibarən pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə komplekslərinə tələbat yüz dəfələrlə artıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasına daxil olan “Roselektronika” (“Rosel”) holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutunun direktor müavini Natalya Kotlyar “Krasnaya Zvezda” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün “Rostex” obyektlərin eşelonlaşdırılmış hava hücumundan müdafiəsini təşkil etmək üçün müxtəlif çeşiddə avadanlıqlar istehsal edir. Bunlara aşkarlama sistemləri, müxtəlif antidron kompleksləri, daha yüksək səviyyəli güclü elektron müharibə vasitələri, zenit-raket kompleksləri, PUA-ların məhv edilməsi üçün atıcı silahlar və döyüş sursatları, eləcə də tutucu dronlar daxildir.

N.Kotlyar müsahibəsində “Rosel”in təqdim etdiyi və 30-a qədər müxtəlif antidron vasitəsini birləşdirərək vahid situasiya mərkəzi yaratmağa imkan verən həlli də qeyd edib: “Sifarişçilərin tələbi olduğu halda korporasiya yalnız öz məhsulları hesabına eşelonlaşdırılmış müdafiə sistemi qura, onu idarə edə və vahid informasiya sahəsinə inteqrasiya edə bilər. Bu proses də məhz onların proqram-aparat kompleksi vasitəsilə həyata keçirilir”.

O, həmçinin əlavə edib ki, “Rosel”in antidron sistemləri Rusiyanın bir çox dövlət səviyyəli kritik infrastruktur obyektlərinin və ölkə iqtisadiyyatının əsas müəssisələrinin qorunmasında istifadə olunur.

Back to top button