QuruXəbərlər

“Rostex” “Çitadel” zenit-top kompleksini təqdim edəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyası “Təhlükəsizlik üzrə Birinci Beynəlxalq Forum”da ağıllı mərmilərlə təchiz olunmuş “Çitadel” zenit-top kompleksini təqdim edəcək.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, ZAK-30 “Çitadel” 30 mm kalibrə malikdir və sabit obyektlərin pilotsuz uçuş aparatlarının (PUA) hücumundan qorunması üçün nəzərdə tutulub.

Bildirilib ki, gecə-gündüz fasiləsiz işləyə bilən kompleksin yüksək imkanları artıq real şəraitdə təsdiqlənib.

Kompleksin mərmiləri uzaqdan idarə olunan partladıcı ilə təchiz edilib və qəlpəli döyüş başlığına sahibdir. “Çitadel”in nişangah və idarəetmə sistemi hədəfin trayektoriyasından asılı olaraq mərminin partlaması üçün ən optimal nöqtəni hesablayır. Bu tip mərmilərlə bir hədəfi vurmaq üçün adi sursatlara nisbətən xeyli az sayda mərmi tələb olunur.

Həmçinin “Çitadel” həm elektro-optik, həm də radar əsaslı dron aşkarlama və izləmə sistemlərinə malikdir. Optik kanal görünən və infraqırmızı diapazonlarda işləyir.

Back to top button