
“Rostex” UMEX-2026 sərgisində yeni “Lightning” çoxməqsədli PUA xəttini nümayiş etdirəcək
Rusiyanın “Rostex” Dövlət Korporasiyası 20-22 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək UMEX-2026 sərgisində yeni “Lightning” çoxməqsədli pilotsuz uçuş aparatları (PUA) xəttini nümayiş etdirəcək.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, bu universal PUA-lar kəşfiyyat, yük daşınması, axtarış-xilasetmə əməliyyatlarının dəstəklənməsi və sərhədlərin mühafizəsi kimi müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulub.
“Lightning” PUA xəttində üç model mövcuddur:
- “Lightning 2” kiçik yüklərin və tibbi preparatların daşınması, fövqəladə hallarda vəziyyətin qiymətləndirilməsi, eləcə də operatorların praktiki təlimi üçün nəzərdə tutulub. PUA 6 kq-yə qədər yük daşıya bilir və uçuş məsafəsi təxminən 50 kilometrə çatır.
- “Lightning P” ərazilərin monitorinqi, nəzarəti və yoxlanılması üçün hazırlanıb. PUA bu xətt üzrə ən yüksək maksimal uçuş sürətinə malikdir — 270 km/saat.
- “Lightning R” gündüz və gecə, müxtəlif iqlim şəraitində fasiləsiz çoxməqsədli monitorinq üçün yaradılıb. O, giroskopik asqıda yerləşdirilmiş 30 dəfə hibrid zumlu videokamera ilə təchiz olunub ki, bu da manevr zamanı belə yüksək keyfiyyətli müşahidə aparmağa imkan verir.
TAGS Manşet


