Rumıniya Ordusu JLTV taktiki avtomobilləri alacaq

Rumıniya Ordusu JLTV taktiki avtomobilləri alacaq

Rumıniya Ordusu ABŞ-ın “Oshkosh Defence” şirkətindən JLTV (Joint Light Tactical Vehicle) taktiki avtomobilləri alacaq. Avtomobillər Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulub.

“Poliqon” “Defence24”-ə istinadən xəbər verir ki, “Oshkosh Defence” şirkəti ABŞ Müdafiə Nazirliyindən ABŞ Ordusu və müttəfiq qüvvələrə JLTV taktiki avtomobillərinin tədarükü barədə 152 milyon ABŞ dollarından artıq sifariş alıb.

Bu sifarişdəki ən böyük pay isə ümumi dəyəri 55 milyon ABŞ dolları olan JLTV tədarükü üçün sifarişlə Rumıniyanın payına düşür.

Xatırladaq ki, Rumıniya hökuməti JLTV taktiki avtomobillərinin tədarükü barədə keçən il sifariş verib. Sifarişin milli valyutadakı ekvivalent dəyəri 227 milyon Rumıniya ley idi.

Çox güman ki, JLTV-nin bir hissəsi Rumıniya ordusu tərəfindən DCS proqramı (Direct Commercial Contracts – birbaşa ticarət müqaviləsi) digər hissəsi isə FMS proqramı (Foreign Military Financing – xarici hərbi maliyyələşdirmə), ABŞ Müdafiə Nazirliyi tərəfindən müttəfiqlər üçün həyata keçirilən silah tədarükü proqramları çərçivəsində sifariş edilib. Bu, Rumıniya Silahlı Qüvvələri üçün JLTV taktiki avtomobillərinin ilk alışı olacaq.

Qeyd edək ki, “Oshkosh Defence” şirkətinə verilmiş hazırki sifariş çərçivəsində Rumıniya Ordusundan başqa, yeni JLTV taktiki avtomobillərini ABŞ, Litva, Şimali Makedoniya və Sloveniya Silahlı Qüvvələri alacaq. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin özünün hərbi və müttəfiq qoşunları üçün JLTV sifariş paketinin 18.17 min vahiddən 23.16 min vahidə çatdırılmasına qərar verdiyi də məlumdur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS