Rus Ordusu “Bariyer –T” radiostansiyalarının tətbiqinə başlayıb
Rusiya Ordusu “Bariyer –T” tipli yeni portativ peyk radiostansiyalarının tətbiqinə başlayıb. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Yeni radiostansiya bölmələr arasında peyk vasitəsi ilə radio əlaqə şəbəkəsinin təşkili üçün nəzərdə tutulub və rəqəmli rabitə qurmağa imkan verir. Radiostansiya vasitəsi ilə mətn mesajları göndərmək, planetin istənilən nöqtəsində olan istifadəçilərlə danışmaq mümkündür.
Yürüş vəziyyətində kiçik çantada bir nəfər tərəfindən daşına bilən radiostansiya 1 dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilə bilir. Stansiya 4-6 GHs tezliklərdə işləyir. Məlumatlar 1200 bit/saniyə sürətlə göndərilməsini təmin edir.
KATEQORIYA: Müdafiə