Rusiya Afrika ölkəsinə təyyarə və helikopterlər ixrac edib

Rusiya Afrika ölkəsinə təyyarə və helikopterlər ixrac edib

Rusiyadan yeni alınan 1 ədəd Su-25 döyüş təyyarəsi və 2 ədəd Mi-8 nəqliyyat helikopteri Mali Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Mali prezidenti özünün rəsmi “Twitter” hesabında paylaşım edib.

Mali prezidenti Qoita Assiminin iştirakı ilə Rusiyadan alınan Su-25 döyüş təyyarəsi və Mi-8 nəqliyyat helikopterlərinin bu ölkənin Silahlı Qüvvələrinə təhvil vermə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qoita Assimi alınan yeni təyyarə və helikopterlərin Mali Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını daha da artıracağını vurğulayıb.

Qeyd edək ki, təhvil vermə mərasimindən paylaşılan görüntülərdə Çexiya istehsalı olan 5 ədəd L-39 təlim təyyarəsi də diqqət çəkib. Bu təyyarələrin də yeni alındığı bildirilir.

Poliqon.az

CATEGORIES
TAGS