Rusiya “Barnaul-T” kompleksinin sınaqlarına başlayır

Rusiya Silahlı Qüvvələri sentyabr ayında “Barnaul-T” hava hücumundan müdafiə sistemlərinin avtomatlaşdırılmış idarə etmə kompleksinin sınaqlarını keçirəcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Barnaul-T” kompleksi 2012-ci ildə Rusiya Ordusunun silahlandırılmasına daxil olub. Modul kompleks qüvvələri idarə etmək üçün hava hücumundan müdafiə vasitələri ilə uyğunlaşdırılıb. Bundan başqa, “Barnaul-T” kompleksləri hərbi qulluqçuların hazırlığı vaxtı trenajor kimi istifadə oluna bilər.

“Rubin” Elmi-İstehsalat Müəssisəsinin məlumatına görə “Barnaul-T” aşağıdan uçan hədəflərin kəşfiyyatını aparmaq, hava vəziyyəti haqqında informasiyanı yığmaq və yuxarı nəzarət məntəqələrindən komandaları qəbul etmək imkanlarına malikdir. “Barnaul-T” təkərli və ya tırtıllı nəqliyyatı vasitəsində qurula, həmçinin daşına bilən komplekslər formasında istifadə edilə bilər.

KATEQORIYA: