Rusiya Ermənistandakı hərbi bazasına yeni təlim avadanlıqları daxil edib
Rusiya Ermənistandakı 102 bazasına daxil olan Alagöz və Kamxud təlim-tədris komplekslərinin texniki təchizatını yaxşılaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bu il birləşməyə atəş və taktik hazırlıq üçün nəzərdə tutulmuş müasir avtomatlaşdırılmış poliqon avadanlıqları verilib. Dəst müxtəlif hədəf vəziyyətini yaratmağa, eləcə də avtomatik və əl rejimlərində hədəfləri idarə etməyə imkan verir. Təlim sistemi təsviri, vəziyyəti və real vaxt rejimində hədəflərin atəşlə məhvinin nəticələrinə dair informasiyanın emalını təmin edir.
Yeni dəstin idarə pultu böyük miqdarda – 200-ə qədər hədəfi, pulemyotdan hərəkət edən tankadək istənilən hədəfləri təqlid etmə imkanı yaradır. Müasir məşq dəstlərinin tətbiqi birləşmənin şəxsi heyət tərəfindən atışlarının keçirilməsinin intensivliyini 30% yüksəldəcək.