
Rusiya Hava-Kosmik Qüvvələri aviasiya parkını yeni Su-34-lərlə genişləndirir
“Birləşmiş Aviasiya Korporasiyası” (OAK) yeni Su-34 qırıcı-bombardmançı təyyarələrini Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, cari ilin dövlət sifarişi çərçivəsində istehsal olunan bu təyyarələr Rusiya Hava-Kosmik Qüvvələrinin aviasiya parkına daxil edilib.
Qeyd olunub ki, yeni Su-34-lər zavod sınaqlarından keçdikdən və müxtəlif iş rejimlərində yoxlanıldıqdan xidmət yerlərinə uçublar.