HavaXəbərlər

Rusiya Hava-Kosmik Qüvvələri yeni Su-57 qırıcıları ilə gücləndirilir

“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Birləşmiş Təyyarə Korporasiyası” (UAC) yeni Su-57 qırıcı təyyarələrini Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarələr zavod sınaqlarından və Rusiya Müdafiə Nazirliyinin pilotları tərəfindən müxtəlif istismar rejimlərində sınaqdan keçirildikdən sonra xidmət yerlərinə uçuş ediblər.

Geniş spektrli döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan Su-57 qırıcısı hava, yerüstü və dəniz hədəflərini məhv etmək qabiliyyətinə malikdir. Təyyarə sutka boyu, o cümlədən mürəkkəb meteoroloji şəraitdə və radioelektron maneələrin mövcud olduğu şəraitdə istifadə oluna bilər.

İstehsalçının bildirdiyinə görə, bu gün zavodun istehsal sexlərindən çıxan təyyarələr xüsusi hərbi əməliyyatın başlanğıcında istifadə olunan Su-57-lərdən fərqlənir. Bu müddət ərzində əhəmiyyətli təkamül yolu keçən Su-57 qırıcısı döyüş əməliyyatlarındakı tətbiqindən əldə edilən təcrübə əsasında daim inkişaf etdirilir və modernləşdirilir.

UAC-nin baş direktoru Vadim Badexa, beşinci nəsil qırıcı olan Su-57-nin öz sinfində ən yaxşı təyyarə olduğunu vurğulayıb: “Dövlət müdafiə sifarişi çərçivəsində bu və digər operativ-taktiki təyyarələrin tədarükünün həyata keçirilməsi bizim əsas vəzifəmizdir. ‘Rostex’in digər şirkətləri ilə əməkdaşlıq çərçivəsində mütəxəssislərimiz təyyarələrin istehsalının tələb olunan tempini təmin etmək məqsədilə istehsal proseslərini daim təkmilləşdirirlər”.

Back to top button