
Rusiya hava məkanına nəzarət sistemlərinin istehsalını artırır
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi hava məkanına nəzarət sistemlərinin istehsal həcmini artırır.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, buna səbəb sözügedən məhsula tələbatın xeyli artmasıdır.
Hava məkanına nəzarət sistemi müxtəlif obyektlərin, o cümlədən pilotsuz uçuş aparatlarının və kiçik aviasiya vasitələrinin monitorinqi üçün nəzərdə tutulub. Sistem orta ölçülü PUA-ları azı 7.5 km məsafədə aşkar etmək imkanına malikdir. Yaxın məsafəli hava məkanının müşahidəsi üçün nəzərdə tutulan bu məhsulun əsas üstünlüklərindən biri onun kiçik ölçüləri və cəmi 45 kq çəkidə olmasıdır. Bu, onu tez və asan şəkildə yerləşdirmək üçün ideal həll edir. Sadalanan xüsusiyyətləri sayəsində sistem mobil nəqliyyat vasitələri ilə rahatlıqla daşına bilər ki, bu da operativ ehtiyaclar zamanı xüsusilə vacibdir.
Qeyd edək ki, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin hava məkanına nəzarət sistemi ilk dəfə MILEX-2025 sərgisində nümayiş olunub.