Rusiya Helikopterləri İNTERPOLITEX-də yeni modellərini sərgiləyir

“Rusiya Helikopterləri” şirkəti “İnterpolitex-2012” sərgisində özünün fərqli məqsədli helikopterlərini təqdim edir. Bu barədə “AzeriDefence”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bu gün Moskvada start götürmüş sərgi oktyabrın 26-dək davam edəcək. “Rusiya Helikopterləri” şirkətinin ekspozisiyası 75-ci pavilyondakı 2B5 stendində yerləşir.

Şirkətdən bildirilib ki, sərgidə təqdim edilən Ka-226/226T helikopterləri modulyar konsturksiyası hesabına müxtəlif məsələlərin icrasında tətbiq edilə bilər. Bura patrul çəkmə, daşıma, desantın endirilməəsi və evakuasiyası, həmçinin axtarış-xilasetmə işlərinin istənilən növləri daxildir.

Başqa perspektivli model – “Ansat” yüngül çoxməqsədli helikopteridir. Hansı ki, ticarət bazarına maraqlıdır, həmçinin xüsusi polis əməliyyatlarında tətbiq edilə bilər.

Mi – 8/17 tipli helikopterlər Rusiya, MDB və bir çox ölkələrdə tibbi, xilasetmə, yanğın təhlükəsizliyi və s.məqsədlər üçün istifadə olunur. Şirkət “İnterpolitex”də “Mi” seriyasından dərin müasirləşdirilmiş Mi -171A2 modeli daxil olmaqla son məhsullarını təqdim edir. Mi-171A2 müasirləşdirilmiş füzelyaja malikdir, mühərriklər yaxşılaşdırılıb, yeni avionika tətbiq edilir. Mi-171A2 modelinin seriyalı istehsalına 2014-cü ilin əvvəlində başlamaq planlaşdırılır.

“Rusiya Helikopterləri” sərgidə yaxın illərdə istehsalına başlanması planlaşdırılan Ka-62 və Mi-38 helikopterləri barədə informasiyaları təqdim edir.

CATEGORIES