Rusiya istehsalı “Pantsir-S1” ZRTK düz yolda aşdı

Rusiya istehsalı “Pantsir-S1” ZRTK düz yolda aşdı

Rusiya istehsalı olan və ötən il Serbiyaya tədarük edilən “Pantsir-S1” hava hücumundan müdafiə sistemi Belqradda qəzayə uğrayıb.

“Poliqon” Serbiya mediasına istinadən xəbər verir ki, qəza nəticəsində bir hərbiçi yaralanıb.

Məlumata əsasən, “Kamaz” şassisi üzərinə quraşdırılan “Pantsir-S1” zenit raket-top kompleksinin (ZRTK) qəza etməsinə daşıdığı 3 ədəd raketlərdən birinin düşməsi səbəb olub. Nəticədə “Pantsir-S1” ZRTK aşıb və kompleksə ciddi ziyan dəyib.

CATEGORIES
TAGS