Misir Cənubi Koreyadan 100 ədəd yüngül hücum təyyarəsi almağa yaxındır

Misir Cənubi Koreyadan 100 ədəd yüngül hücum təyyarəsi almağa yaxındır

Misir Cənubi Koreyadan 100 ədəd FA-50 yüngül hücum təyyarəsi almaq üçün müqavilə bağlamağa yaxındır.

“Poliqon” “DefenceWeb”ə istinadən xəbər verir ki, bunu Misirin Cənubi Koreyadakı səfiri Xalid Əbdülrəhman açıqlayıb.

Onun sözlərinə görə, tərəflər arasında imzalanacaq müqavilə texnologiya transferini də əhatə etməlidir.

Hərbi ekspertlərin fikrincə, Misir ilkin mərhələdə təxminən 1 milyard ABŞ dolları dəyərində 36 təyyarədən ibarət birinci partiyanı sifariş edə, daha sonra isə əlavə sayda təyyarə ala bilər. Əgər rəsmi Qahirə 100 ədəd təyyarə alarsa, onların təxminən 70-i Misirin Heluan şəhərində istehsal olunacaq.

Xatırladaq ki, X.Əbdülrəhman ötən ay Cənubi Koreya və Misir arasında FA-50 yüngül hücum təyyarələri və tank əleyhinə raketlərin tədarükü ilə bağlı danışıqların müsbət şəkildə irəlilədiyini bildirmişdi.

CATEGORIES