Rusiya Müdafiə Nazirliyi “Pələng”i “Canavar”la əvəzləyir

VPK hərbi sənaye şirkəti 2014-cü ildən Rusiya Müdafiə Nazirliyinə “Volk” (“Canavar”) çoxməqsədli modulyar zirehli avtomobillərinin çatdırılmasına başlayacaq. “Volk”lar Müdafiə Nazirliyinin imtina etdiyi “Tigr” (“Pələng”)avtomobillərini əvəz edəcək.

Hazırda şirkət silahlıq qüvvələrin nümayəndələrinin iştirakı ilə “Volk”u sınaqdan keçirir. VPK-a daxil olan Hərbi Mühəndislik Mərkəzi tərəfindən hazırlanmış “Volk” müdafiənin altıncı sinifinə uyğundur. Hərəkət zamanı heyət pəncərələrdən atəş aça bilir.

Zirehli avtomobilin 190 və 240 at gücünə malik dizel mühərriklə təchiz olunub.

“Volk” heyətin minaya qarşı qorumasını təmin edir. Avtomobilin minaya qarşı müdafiəsi STANAG 4560 Level 2 (6 kq TNT partlayışı) NATO standartına uyğundur.

CATEGORIES