Rusiya Müdafiə Nazirliyi “Suxoy” şirkəti ilə 92 ədəd Su-34 təyyarəsinin alınmasına dair müqavilə bağlayıb
Rusiya Müdafiə Nazirliyi “Suxoy” şirkəti ilə 2020-ci ilədək 92 ədəd Su-34 tipli cəbhə bombardmançı təyyarəsinin çatdırılmasına dair müqavilə imzalayıb. “AzeriDefence”nin “Suxoy” Korporasiyasının saytına istinadən verdiyi məlumata görə, müqaviləni müdafiə naziri Anadolu Serdyuokv və “Suxoy” şirkətinin baş direktoru İqor Ozar imzalayıb.
A. Serdyukov bildirib ki, bu 2011-2020-ci illərdə silahlanma üzrə Dövlət Proqramında nəzərdə tutulmuş döyüş aviasiya texnikasının ən böyük çatdırılma müqaviləsidir.
Qeyd edək ki, 2008-ci ildə Müdafiə Nazirliyi ilə “Suxoy” arasında 32 ədəd Su-34 təyyarəsinin çatdırılmasına dair müqavilə bağlanıb. Müqavilə çərçivəsində istehsal edilmiş 10 təyyarə silahlı qüvvələrə təhvil verilib.
Su-34 döyüş imkanlarına görə “4+” nəsilinə aiddir.