
Rusiya nüvə müharibəsi üçün təyyarə hazırlayır
Rusiya nüvə müharibəsi vəziyyətində qoşunların idarə edilməsi üçün İL-96-400M Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarəsinin bazasında yeni xüsusi təyyarənin yaradılmasına başlayıb.
“Poliqon” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Zveno-3C” layihəsi çərçivəsində hazırlanacaq yeni təyyarə həm də hava komanda məntəqəsi imkanlarına sahib olacaq.
Yeni xüsusi təyyarənin ölkənin ali rəhbərliyinin evakuasiyası, o cümlədən yerüstü, peyk infrastrukturlarının məhvi halında qoşunların idarə edilməsi üçün nəzərdə tutulduğu bildirilib.
Bu təyyarələr İL-86-nın bazasında inşa edilmiş mövcud İL-80 təyyarələrini əvəz edəcək. Havada yanacaq doldurma qabiliyyəti sayəsində yeni İL-96-400M AWACS təyyarəsinin uçuş uzaqlığı sələfi ilə müqayisədə iki dəfə artırılacaq.
Rizvan Fikrətoğlu