Hindistan Silahlı Qüvvələri üçün 7 milyard dollarlıq yüngül döyüş helikopteri alınıb

Hindistan Silahlı Qüvvələri üçün 7 milyard dollarlıq yüngül döyüş helikopteri alınıb

“Hindustan Aeronautics Limited” (HAL) şirkəti Hindistan Silahlı Qüvvələrinə 156 ədəd “Prachand” yüngül döyüş helikopteri tədarük edəcək.

“Poliqon” Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün Nazirlik və HAL şirkəti arasında ümumi dəyəri 7.3 milyard ABŞ dolları olan iki müqavilə imzalanıb.

Müqavilələrə əsasən, sifariş edilən 156 ədəd helikopterdən 90-ı Hindistan Ordusuna, 56-sı isə Hərbi Hava Qüvvələrinə çatdırılacaq.

Qeyd olunub ki, yeni “Prachand” helikopterləri Hindistan Silahlı Qüvvələrinin yüksək hündürlüklərdəki döyüş qabiliyyətini artıracaq.

CATEGORIES