
Rusiya Silahlı Qüvvələri Qafqazda irimiqyaslı strateji komanda-qərargah təlimlər keçirəcək.
“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, “Qafqaz-2016” adlandırılan təlimlər Cənub, Şimali Qafqaz və Krım federal dairələrinin ərazisində həyata keçiriləcək.
Rusiyanın müdafiə naziri Serqey Şoyqu təlimlərlə bağlı danışarkən deyib ki, burada məqsəd ölkənin cənub-qərb istiqamətində hərbi imkanlarını müəyyənləşdirmək, döyüş bacarığını artırmaqdır.
Təlimlər çərçivəsində Cənub hərbi dairəsinə daxil olan qoşun birləşmlərinin döyüş və mobil imkanları da yoxlanılacaq.
Cənub hərbi dairəsinin komandanı, general-polkovnik Aleksandr Qalkin isə bildirib ki, təlimlərdə əsas diqqət aviasiya, dəniz və quru qoşunların imkanlarının müəyyənləşdirilməsinə yönəldiləcək.
Təlimlər 2016-cı ilin sentyabrında başlanacaq.



