Rusiya Suriyadakı RLS-ləri modernləşdirir
Rusiya Suriyanın Cəbəl əl-Hərra və bu ölkəyə məxsus, lakin Livan ərazisindəki Sanin dağında yerləşən radiolokasiya sistemlərini modernləşdirir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İsrailin “Debka” saytı məlumat yayıb.
Məlumata görə, Cəbəl əl-Hərrada yerləşən sistem İsrailin şimal, İordaniyanın şimal və qərb, o cümlədən İraqın qərb ərazisini müşahidə etmək imkanına malik olub. Sistemdə aparılan yeniliklərdən sonra bu radiolokasiya qurğusu vasitəsilə bütünlüklə İsraili və İordaniyanı, həmçinin Akaba körfəzini və Səudiyyə Ərəbistanının şimal hissəsini “görmək” mümkün olacaq.
Sanin dağında yerləşən radiolokasiya sistemi isə modernləşdirildikdən sonra Aralıq dənizinin şərqində ABŞ və İsrail gəmilərinin, o cümlədən təyyarələrinin hərəkət radiuslarını izləyə biləcək.