Xəbərlər
Rusiya “Tor-M2” ZRK-nin amfibiya tipli versiyasını hazırlayacaq
“Tor-M2” hava hücumundan müdafiə sistemlərinin 2027-ci ilə qədər Rusiya Silahlı Qüvvələrinə tədarükü üçün 100 milyard rubl dəyərində uzunmüddətli müqavilələr imzalanıb.
“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Aleksandr Leonov deyib.
Komandan bildirib ki, Rusiyada su maneələrini üzərək keçmək qabiliyyətinə malik təkərli şassilərdə “Tor-M2” zenit-raket kompleksinin yeni modifikasiyası hazırlanır.
“Bundan əlavə, Arktikada və Uzaq Şimalda yerləşdirilən hava hücumundan müdafiə bölmələrini təchiz etmək üçün “Tor-M2DT” səviyyəsində hava hücumundan müdafiə sistemləri tədarük ediləcək”, – deyə general əlavə edib.




