Rusiya “Tornado-Q” sisteminin atış sınaqlarına başlayıb
Rusiya “Tornado-Q” reaktiv yaylım atəş sisteminin atış sınaqlarına başlayıb. “AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin fevral ayında Rus Ordusunun silahlanmasına daxil olmuş 20 vahid “Tornado-Q” ilk atışlar avqustun 17-də Volqoqrad yaxınlığında keçirilib.
Atışlar döyüş başlıqlı raketlərlə reallaşdırılıb. Poliqonun ölçüsünə görə atışlar 40 kilometrə qədər məsafədəki hədəflərə açılıb. “Tornado-Q” “Qrad” sistemindən 2,5-3 dəfə artıq effektivliyə malikdir.
KATEQORIYA: Müdafiə