Müdafiə
Rusiya Türkmənistana 30, Əlcəzairə isə 150 ədəd T-90S tankını satacaq

“Rosoboroneksport” ötən il Türkmənistan və Əlcəzairlə ümumilikdə 150 ədəd T-90S əsas döyüş tankının ixracına dair müqavilə imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 2011-ci ilin yayında imzalanmış razılaşmaya əsasən Türkmənistana 30, ötən ilin payızında imzalanmış müqaviləyə əsasən 120 tank Əlcəzairə çatdırılacaq.
Sifariş üzrə tankların bütün partiyasının dəyəri təxminən 500 milyon ABŞ dolları təşkil edir.



