Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi səkkizinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi səkkizinci gününün xronikasını təqdim edir.

– Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, martin 23-də Rusiya və Belarusa məxsus hərbi texnikalar Belarus ərazisi boyunca fəal hərəkət edərək Ukrayna sərhədlərinə toplanılır.

– “Maxar” kosmik texnologiya şirkəti Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin yığılmasının fotolarını nümayiş etdirib. NATO-nun adı açıqlanmayan nümayəndələri CNN-ə açıqlamasında bildiriblər ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.

– Ötən sutka ərzində Ukrayna müdafiə qüvvələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatları davam etdiriblər.2 19

– Ukrayna Ordusunun bölmələri Rusiya ordusunun Slovyansk və Lozova istiqamətində hücuma keçməsinə imkan verməyiblər. Krivoy Roq və Novovorontsovka istiqamətlərində də Rusiya silahlı qüvvələrinin hücumlarının qarşısı alınıb. Mariupolun müdafiəsi təmin olunub. Əsas səylər Ukrayna sərhədinin mühafizəsinə, Malin bölgəsində Rusiya qoşunlarının hücumunun qarşısının alınmasına yönəldilib. Rusların Kiyev istiqamətində irəliləməsinin qarşısı alınıb. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi hələ də davam edir.

– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumatında bildirilib ki, Rusiya bu gün 29-u Belarus ərazisində yerləşən Baranoviçi və Bobruisk aerodromlarından olmaqla, ümumilikdə 80-dən çox aviauçuş həyata keçirib. Jitomir, Kiyev, Çerniqov, Xarkov və Donetsk vilayətlərində hərbi və mülki infrastruktura raket və bomba zərbələri endirməkdə davam edib.

1 23– Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri Rusiya ordusunun hücumlarını müəyyən qədər dəf edə bilib. Son sutkada Rusiya ordusunun 6 hərbi təyyarəsi, 5 PUA-sı, 1 helikopteri, 5 qanadlı raketi vurulub.

– Bundan başqa Ukraynanın müdafiə qüvvələri gün ərzində Rusiya ordusunun 7 hücumunu dəf edib və onların 7 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib, o cümlədən 3 ədəd BMP-3 transportyorunu ələ keçiriblər.

– Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinin Nivki rayonunu “Qrad” yaylım atəşli reaktiv sistemlərindən raket atəşinə tutublar. Ukrayna ordusu raketlərdən bir çoxunu göydə zərərsizləşdirib. Raketlərin bir neçəsi isə yerə düşərək dağıntı yaradıb. Nəticədə yaşayış binası zədələnib, bir neçə nəfər yaralanıb. Rusiya ordusu ticarət mərkəzi, fərdi yaşayış evləri və çoxmərtəbəli binaları da atəşə məruz qoyub. Yanğınların qarşısı alınıb. Ticarət mərkəzi və iki fərdi ev zədələnib. Məlumata görə, ruslar daha çox dağıntıya nail olmaq üçün “Qrad” mərmisinin içərisinə xüsusi maddə əlavə ediblər.

– Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini zərərsizləşdirib. Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub. Ukrayna ordusu Luqansk vilayətinin Rubejnoe şəhərinə nəzarəti əlində saxlayır.

– Ukraynanın Kral Daniil adına 24-cü əlahiddə mexanikləşdirilmiş briqadası Luqansk vilayətində Rusiya ordusuna məxsus silah-sursat anbarını vurub.

– Ukrayna tərəfinin rəsmi açıqlamasına görə, Xarkov vilayətinin İzyum rayonunda Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının 60 faizini məhv edib.

3

– Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 101 təyyarəsini, 124 helikopterini, 517 tankını, 1578 zirehli texnikasını, 1008 hərbi avtomobilini, 267 artilleriya qurğusunu, 42 PUA-sını, 47 hava hücumundan müdafiə sistemini, 80 yayılım atəşli reaktiv sistemini, 15 xüsusi nəqliyyat vasitəsini, 70 yanacaq sisternini və 4 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 15 600 nəfər hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 255 PUA-sı, 1564 tank və digər zirehli döyüş maşınları, 1367 xüsusi nəqliyyat vasitəsi, 158 reaktiv yaylım atəşi sistemi, 189 zenit-raket kompleksi, 627 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Müdafiə Nazirliyi Kiyevin şimalında Ukrayna qoşunlarının S-300 zenit-raket kompleksinin vurulmasını əks etdirən görüntü paylaşılıb. Nazirliyin məlumatında bildirilib ki, Rusiya gəmisindən Ukrayna hərbi obyektlərinə 8 “Kalibr” raketi ilə zərbələr endirilib.

5 8– Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 121 ukraynalı uşaq öldürülüb, 167 azyaşlı isə yaralanıb. Ukraynada müharibə zamanı ən azı 977 dinc sakin həyatını itirib, 1594 nəfər isə yaralanıb. Rusiya hərbi qüvvələrinin martın 3-dən mühasirədə saxladığı Ukraynanın Mariupol şəhərində humanitar böhran yaşanır. 20 günlük mühasirə nəticəsində şəhərdə 2 500-ə qədər insan həlak olub.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button