Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi yeddinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi yeddinci gününün xronikasını təqdim edir.

– Ukrayna Müdafiə Nazirliyi martin 22-də cəbhə bölgəsindəki son durumla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, son sutka ərzində Ukrayna müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb. Son 24 saatda Rusiya Ordusunun 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib.

3 15– Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 99 təyyarəsini, 123 helikopterini, 509 tankını, 1556 zirehli texnikasını, 1000 hərbi avtomobilini, 252 artilleriya qurğusunu, 35 PUA-sını, 45 hava hücumundan müdafiə sistemini, 80 yayılım atəşli reaktiv sistemini, 15 xüsusi nəqliyyat vasitəsini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 15 300 nəfər hərbiçisi öldürülüb.

– Ukrayna Müdafiə Nazirliyi Rusiya qoşunlarının təminatının o qədər də yaxşı olmadığını bildirib. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirsə də bu səyləri nəticəsiz qalıb.

– Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib. Geri çəkilən Rusiya hərbçiləri uşaq bağçasında gizləniblər. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

– Ukraynanın “Azov” alayı ölkənin Mariupol şəhərində Rusiyaya məxsus 4 tankı, bir neçə zirehli texnikanı və canlı qüvvəni məhv edib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin bölmələri son günlərdə Mariupolu bombalayan Rusiya təyyarəsini vurublar.5 7

– Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov vilayətinin Novıy Vodolaqa rayonunda Rusiyaya məxsus qanadlı raket vurulub. Onun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları Xarkov vilayətinə 84 raket zərbəsi endirib.

– Rusiya ordusunun Ukrayna ərazisinə atdığı “İsgəndər-M” raketi Ukrayna ordusu tərəfindən Vinnitsa vilayətində vurulub.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 236 PUA-sı, 1547 tank və digər zirehli döyüş maşınları, 1343 xüsusi nəqliyyat vasitəsi, 154 reaktiv yaylım atəşi sistemi, 185 zenit-raket kompleksi, 612 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya ordusu yüksək dəqiqlikli silahlarla Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektlərə zərbələr endirib. 2 17Onun sözlərinə görə, Rusiya aviasiyası son sutka ərzində Ukraynanın 137 hərbi obyektini məhv edib. İqor Konaşenkov qeyd edib ki, onların arasında 6 komanda-idarəetmə və rabitə mərkəzi, 2 yaylım atəşli reaktiv sistemi qurğusu, 1 zenit-raket kompleksi, 8 raket-artilleriya silahı və sursat anbarı olub.

– NATO hesab edir ki, Belarus yaxın günlərdə Ukraynadakı müharibəyə qoşula bilər. Bildirilib ki, Belarus artıq tammiqyaslı hücumda iştirak üçün müəyyən addımlar atıb. Belarus müxalifətindəki mənbə isə Belarus ordusunun artıq yaxın günlərdə Ukraynaya girmək üçün hazırlaşdığını iddia edib.

– Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Mariopolun darmadağın edildiyini, Volnovoxa və bəzi başqa şəhərlərin yer üzündən silindiyini deyib. A.Reznikov Rusiya əsgərlərinə müraciət edərək mübarizəni dayandırmağa və təslim olmağa çağırıb. O, təslim olan rus hərbçilərinin təhlükəsizliyinə təminat veriləcəyini qeyd edib.

– Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukraynada aktiv döyüş əməliyyatları 2-3 həftəyə başa çata bilər.

– Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub. Bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Qeyd edək ki, Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi martın 1-də həyata keçirilib. Əsirlərin dəyişdirilməsi Ukraynanın Sum vilayətində olub. Ukrayna tərəfi 5 hərbçi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.1 21

– Fevralın 24-dən bəri 3,5 milyondan çox şəxs Ukraynanı tərk edib. Son məlumatlara görə, 6,5 milyon insan Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalıb. Rusiya-Ukraynaya müharibəsinin başladığı gündək indiyədək 117 ukraynalı uşaq öldürülüb, 155 azyaşlı isə yaralanıb.

– Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar. Bildirilib ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb. Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planda olub.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button