Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz dörüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz dördüncü gününün xronikasını təqdim edir.

– Martın 28-də döyüşlər əsasən Ukraynanın şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində davam edib.

1 30

– Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edib. Ukrayna bu hücumlarda müəyyən uğur qazanıb və rus qoşunları bir sıra mövqelərdən geri çəkiliblər. Bununla belə, Rusiya ordusu zərbə imkanlarına görə, şəhər üçün hələ də ciddi təhlükə yaradır.

– Ukrayna müdafiə qüvvələri rus qoşunlarını Krivoy Roq şəhərindən 40-60 kilometr geriyə sıxışdırıblar. Döyüşlər nəticəsində Ukrayna hərbçiləri rusların texnikasını ələ keçirib.

– Rusiya Silahlı Qüvvələrinin motoatıcı taborunun komandiri Sergey Panov Ukraynada döyüşlərdə ölüb. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarından bildirilib ki, Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat” nəticəsində 200-cü briqadanın 1500-dən çox şəxsi heyəti ölüb. Məlumata görə, Xarkov ətrafında 200-cü əlahiddə motoatıcı briqadanın komandiri polkovnik Denis Kurilo da döyüşlərdə ölüb. Müqayisə üçün bildirək ki, keçmiş SSRİ Əfqanstanda 10 ildə 5 general itirdiyi halda, Rusiya Ukraynada 34 gündə 7 generalını itirib.

– Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatında qeyd olunub ki, Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketini məhv edib.

– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Donetsk və Luqansk istiqamətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Rusiyanın 12 tankı, 10 piyadanın döyüş maşını, 3 xüsusi texnikası məhv edilib.

3 22– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 127 təyyarəsini, 129 helikopterini, 597 tankını, 1710 zirehli texnikasını, 1178 hərbi avtomobilini, 303 artilleriya qurğusunu, 71 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 96 yayılım atəşli reaktiv sistemini, 21 xüsusi nəqliyyat vasitəsini, 73 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun təxminən 17 200 nəfər hərbiçisi öldürülüb.

– Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 144 uşaq ölüb, 220 uşaq yaralanıb. Kiyev vilayətində 68, Xarkovda 49, Donetskdə 54, Çerniqovda 38, Nikolayevdə 30 Luqanskda 28, Xersonda 25 Zaporjedə 22, Jitomirdə 15, Sumıda 15, Kiyev şəhərində isə 16 uşaq xəsarət alıb. Müvəkkilin sözlərinə görə, Mariupolda ölən və yaralanan uşaqların sayı dəqiq bilinmir, hazırda bu istiqamətdə araşdırma aparılır.

– Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur. Baş nazirin sözlərinə görə, ölkənin mülki infrastrukturuna 120 milyard dollar, hərbi infrastrukturuna isə 270 milyard dollar ziyan dəyib.

– Ukraynanın Nikolayev şəhərinin mərkəzi bugün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalıb.5 13

– Rusiya qüvvələri Ukraynanın Mariupol şəhəri istiqamətində irəliləyə bilib. Başqa istiqamətlərdə də Rusiya ordusu öz qüvvələrini yenidən təşkil etməyə və yenidən qruplaşdırmağa çalışaraq tutduğu mövqeləri saxlayıblar.

– Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, məqsədə çatanadak Ukraynadakı xüsusi hərbi əməliyyatlar davam edəcək. Sergey Şoyqunun sözlərinə görə, son 2 həftə ərzində Ukraynada 600-ə yaxın muzdlu döyüşçü məhv edilib, 500-dən çoxu isə ölkəni tərk edib. Onun sözlərinə görə, muzdluların izlənilməsi və məhv edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir.

– Rusiya ordusu Xarkova gün ərzində “Qrad” yaylım atəşli reaktiv sistemindən 280 mərmi atıb. Son sutka ərzində Rusiya qoşunları Xarkovun Saltovka, Noviye Doma, Jukovski, Kuliniçi, Çuquyev və Derqaçi rayonlarını 46 dəfə atəşə tutub. Təkcə Kiyevin Buçanski rayonunun “Qrad” və minaatanlardan atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb, 34 ev zədələnib.

– ABŞ Müdafiə Nazirliyi Rusiya ordusu tərəfindən Ukraynaya 1370-dən çox qanadlı, ballistik və hipersəs raket atıldığını, raketlərin əksəriyyətinin Ukraynanın hava hücumundan müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirildiyini bildirib.

4 17– Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya ordusu yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlərlə Ukraynanın Rovno vilayətinin Klevan kəndi yaxınlığında böyük yanacaq bazasını məhv edib. Hansı ki, bu bazadan Kiyevətrafı ərazilərə Ukrayna hərbi texnikası üçün yanacaq verilirdi.

– Rusiya Hərbi-Kosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Çernobaevka qəsəbəsi ərazisində Ukraynaya məxsus 3 PUA-nı məhv edib. Gecə saatlarında Rusiyanın hərbi aviasiya vasitələri Ukraynanın 68 hərbi obyektini vurub. Vurulan hərbi obyektlər arasında 3 komanda məntəqəsi, 4 zenit-raket kompleksi, 1 radiolokasiya stansiyası, 5 yaylım atəşli reaktiv sistemi, 2 sursat anbarı, 3 yanacaq və sürtkü materialları anbarı və Ukrayna ordusunun 19 cəmləşmə məntəqəsi var.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 123 təyyarəsi, 74 helikopteri, 311 PUA-sı, 1738 tank və digər zirehli döyüş maşınları, 1592 xüsusi nəqliyyat vasitəsi, 181 reaktiv yaylım atəşi sistemi, 726 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü baş tutub. 3 saat çəkən danışıqların sabah davam edəcəyi bildirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button