Rusiya Xəzər donanmasına yeni hərbi gəmi daxil edib
“Volqodonsk” kiçik artileriya gəmisinin Xəzər Hərbi Dəniz Donanmasına daxil edilməsi ilə bağlı mərasim keçirilib.
“AzeriDefence.com”un Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbir Həştərxanda yerləşən Zolotoy hərbi bazada keçirilib.
“Volqodonsk” 2011-ci ildə suya buraxılıb, dövlət sınağından da həmin il keçərək, Hərbi Dəniz Donanmasına daxil edilib. Gəmi Xəzərin çox dərin olmayan, və Volqanın deltasında hərəkət üçün nəzərdə tutulub. Gəmi artilleriya və raket silahının müxtəlif tiplərini, o cümlədən güclü atəş zərbələri endirməyə qadirdir.
KATEQORIYA: Müdafiə