
Rusiya Yak-130M təlim-döyüş təyyarəsinin ikinci protoripini hazırlayıb
“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən inkişaf etdirilmiş Yak-130M təlim-döyüş təyyarəsinin ikinci prototipinin istehsalı tamamlanıb.
“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarə Rusiya hərbi aviasiyasına xas olan pikselli kamuflyajda rənglənib.
Sonrakı mərhələdə təyyarə yer və uçuş sınaqlarına qoşulacaq. Hazırda “İrkutsk” aviasiya zavodunda üçüncü prototipin yığılması ilə bağlı işlər aparılır.
“Yak-130M yerli və regional münaqişələrdə aviasiya təcrübəsinin təhlili və konsolidasiyası əsasında hazırlanıb. Təlim-döyüş təyyarələri əsasında yüngül döyüş təyyarələrinin yaradılması hərbi aviasiyanın inkişafı üzrə dünya tendensiyalarına uyğundur”, – deyə Yak-130 proqramı üzrə baş konstruktorun müavini Dmitri Popov qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Yak-130M təyyarəsinin ilk prototipi hazırlanaraq yer və uçuş sınaqları üçün göndərilib.
