Rusiya yeni Hava Məkanına Nəzarət Sistemini ilk dəfə MILEX-2025-də təqdim edib

Rusiya yeni Hava Məkanına Nəzarət Sistemini ilk dəfə MILEX-2025-də təqdim edib

Rusiyanın  “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi hava məkanının müşahidəsi üçün yaxın məsafəli radiolokasiya stansiyası (RLS) əsasında kompakt Hava Məkanına Nəzarət Sistemi hazırlayıb.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, bu məhsul ilk dəfə Minskdə keçirilən MILEX-2025 sərgisində nümayiş olunub.

Hava Məkanına Nəzarət Sistemi müxtəlif obyektlərin, o cümlədən pilotsuz uçuş aparatlarının və kiçik aviasiya vasitələrinin monitorinqi üçün nəzərdə tutulub. Sistem orta ölçülü PUA-ları azı 7.5 km məsafədə aşkar etmək imkanına malikdir.

Yaxın məsafəli hava məkanının müşahidəsi üçün nəzərdə tutulan bu məhsulun əsas üstünlüklərindən biri onun kiçik ölçüləri və cəmi 45 kq çəkidə olmasıdır. Bu, onu tez və asan şəkildə yerləşdirmək üçün ideal həll edir. Sadalanan xüsusiyyətləri sayəsində sistem mobil nəqliyyat vasitələri ilə rahatlıqla daşına bilər ki, bu da operativ ehtiyaclar zamanı xüsusilə vacibdir.

CATEGORIES