![Rusiya yeni snayper tüfənginin tezliklə hərbi əməliyyat zonasında istifadəsini planlaşdırır Rusiya yeni snayper tüfənginin tezliklə hərbi əməliyyat zonasında istifadəsini planlaşdırır](https://poliqon.az/wp-content/uploads/2024/02/Mts-572-e1707302531485.jpg)
Rusiya yeni snayper tüfənginin tezliklə hərbi əməliyyat zonasında istifadəsini planlaşdırır
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin inkişaf etdirdiyi yeni MTs-572 snayper tüfənginin yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyat zonasında istifadəsi planlaşdırılır.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, hazırda MTs-572 antimaterial snayper tüfəngi sınaqdan keçirilir və müxtəlif iş şəraitində göstəriciləri yoxlanılır.
Holdinqin TsKIB SOO dizayn bürosunun mütəxəssisləri sınaq nəticələrinə əsasən, perspektivli 12.7×108 mm-lik MTs-572 snayper tüfəngini təkmilləşdirib və erqonomikasını yaxşılaşdırıblar.