Rusiyada 2S43 “Malva” ÖAQ-nın dövlət sınaqları başa çatdırılıb

Rusiyada 2S43 “Malva” ÖAQ-nın dövlət sınaqları başa çatdırılıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyası tərəfindən inkişaf etdirilən 2S43 “Malva” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) dövlət sınaqları başa çatdırılıb.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinaədn xəbər verib.

Bildirilib ki, 152 mm-lik özüyeriyən artilleriya qurğusu olan 2S43 “Malva” 8×8 təkər formullu BAZ şassisi əsasında yaradılıb. Bu isə ona tırtıllı şassiyə malik ÖAQ-lardan fərqli olaraq daha yaxşı manevr qabiliyyəti, aşağı istismar xərci və uzun texniki ömür qazandırıb.

2S43 “Malva” düşmənin canlı qüvvəsini, komanda məntəqələrini, müdafiə strukturlarını, hava hücumundan müdafiə sistemlərini, artilleriya, raket və minaatan batareyalarını məhv etmək üçün nəzərdə tutulub. Özüyüriyən artilleriya qurğusu 24 km-dən çox atəş məsafəsinə, beş nəfər ekipaja və 1000 km hərəkət mənzilinə sahibdir.

Bundan əlavə, 2S43 “Malva”nı  İl-76 nəqliyyat təyyarəsinə yükləyərək uzun məsafələrə sürətli şəkildə çatdırmaq mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS