Rusiyada artilleriya sistemlərinin istehsalı xeyli artırılıb

Rusiyada artilleriya sistemlərinin istehsalı xeyli artırılıb

2022-ci il ilə müqayisədə 2024-cü ildə Rusiyada artilleriya sistemlərinin istehsalı xeyli artırılıb.

“Poliqon” xəbər verir ki, bunu TASS-a müsahibəsində “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev deyib.

Son iki ildə artilleriya sistemlərinin istehsal tempindəki dəyişikliklərlə bağlı məlumat verən B.Ozdoyev bildirib ki, 2022-ci ilin əvvəli ilə indiki yerli müdafiə sənayesi arasında fərq çox böyükdür: “Biz bu yaxınlarda qeyri-real görünən istehsal templərinə və həcmlərə çatdıq. 2022-ci illə müqayisədə özüyeriyən artilleriya qurğularının istehsalı 10 dəfə, yedəkli artilleriya qurğularının istehsalı 14 dəfə, minaatanların 20 dəfə və YARS-ların (yaylım atəşli reaktiv sistem) 2 dəfə artıb. Bundan əlavə, komponentlərin istehsalı da təşkil edilib. Xüsusilə, tank silahlarının və artilleriya lülələrinin istehsalı və təmiri iki dəfə artıb. Nəticədə, 2023-cü ildə “Rostex” artilleriya təchizatı üçün dövlət müdafiə sifarişini tam yerinə yetirib”.

Sənaye direktorunun sözlərinə görə, 2023-cü ildə “Rostex” müəssisələri tərəfindən bir il əvvəlkindən 25 dəfə çox döyüş sursatı tədarük edilib, bütün silah xəttinin istehsalı artırılıb.

O vurğulayıb ki, keçən il “Rostex” mütəxəssisləri PUA-lar üçün havadan atılan silahlar xətti hazırlayıb: “Biz tez bir zamanda onların genişmiqyaslı istehsalına başladıq və fasiləsiz tədarükü təşkil etdik. 2024-cü ildə onların istehsalı artırılacaq. İstehsal olunan nomenklaturanın qoşunların əməliyyat ehtiyaclarına uyğun genişləndirilməsi nəzərdə tutulur.

Hazırda prioritet xüsusi qoruyucu ilə daxil edilmiş döyüş başlıqlarının seriyalı istehsalıdır. Belə döyüş sursatları müxtəlif siniflərdəki kamikadze dronların təhlükəsiz və etibarlı işləməsini təmin edir”.

Bekxan Ozdoyev “Rostex” mühəndislərinin hazırda pilotsuz uçuş aparatlarına qarşı mübarizədə hava hücumundan müdafiə imkanlarını genişləndirmək üçün bir neçə variant üzərində fəal işlədiklərini diqqətə çatdırıb.

“Bütün variantlar konstruktiv və texniki nöqteyi-nəzərdən tam işlənib hazırlanmışdır, yəni praktiki olaraq hazırdır və modifikasiya üçün vaxt tələb etmir. Xüsusilə, “Derivasiya-PVO” və “Tayfun-VDV” komplekslərində idarə olunan uzaqdan partlatmaya sahib 57 mm-lik və ya 30 mm-lik atəş yığımlarından istifadə edilməsi nəzərdən keçirilir”, – deyə “Rostex”in sənaye direktoru qeyd edib.

CATEGORIES
TAGS