Rusiyada dron əleyhinə yeni sistem hazırlanıb

Rusiyada dron əleyhinə yeni sistem hazırlanıb

Rusiyanın “Roselektronika” holdinqi yeni “Serp-VS5” anti-dron sistemini təqdim edib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, “Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış yeni “Serp-VS5” anti-dron sistemi sürü halında fəaliyyət göstərən pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün təyin olunub.

Sistem 900 MHz-dən 5.8 GHz-ə qədər olan beş tezlik diapazonunda işləyir. O, 5 kilometrə qədər məsafədəki düşmən PUA-larının idarəetmə kanalını sıxışdırır, operatorla əlaqəsini kəsir, naviqasiya avadanlığını sıradan çıxarır, istiqamətini və uçuş missiyasını pozur.

“Serp-VS5”, PUA-nın GPS, GLONASS, “Beidou” siqnallarını (L1, L2, L5 diapazonlarında) sıxışdırır, həmçinin Wi-Fi üzərindən dron nəzarətini pozaraq əngəlləyir.

Öz idarəetmə mərkəzi ilə əlaqəni Ethernet şəbəkəsi vasitəsilə həyata keçirən “Serp-VS5” anti-dron sistemi havadakı təhdidləri 360 dərəcəli üfüqi ox boyunca basdırmaq qabiliyyətindədir.

Yeni məhsul ilə fikirlərini bölüşən “Vektor” Araşdırmalar İnstitutunun biznesin inkişafı üzrə baş direktorunun müavini Andrey Sorokin “Serp-VS5” sisteminin işləmə prinsipini sınaq meydançasında ilk dəfə nümayiş etdirdiklərini qeyd edib.

O, dron əleyhinə müdafiənin təmin edilməsinin istənilən obyektin təhlükəsizliyi üçün əsas məsələyə çevrildiyini və hazırlanan yeni sistemin geniş müştəri kütləsinə xitab edəcəyini vurğulayıb.

Xatırladaq ki, “Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən bundan öncə “Serp-VS” anti-dron sistemini təqdim olunub.

Poliqon.az

CATEGORIES
TAGS