
Rusiyada “Serp-VS” antidron sistemin sınaqları keçirilib
Rusiyanın “Roselektronika” holdinqi Yanacaq-Energetika Kompleksi müəssisəsində keçirilən pilotsuz uçuş aparatlarına (PUA) qarşı “Serp-VS” sistemin sınaqlarını tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, həm mobil, həm də stasionar obyektləri qormaq üçün hazırlanan “Serp-VS” antidron sistemi sınaqlar zamanı əraziyə daxil olmaq istəyən dronların qarşısını almağı bacarıb.
“Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan “Serp-VS” pilotsuz uçuş aparatlarının (PUA) rabitə kanallarını, idarəetmə və naviqasiya sistemlərinin qarşısını almağa qadirdir.
“Serp-VS” müştəriyə həm GPS, QLONASS, Galileo və BeiDou kimi qlobal naviqasiya peyk sistemlərinin (GNSS) siqnallarına, həm də Wi-Fi şəbəkələrində istifadə olunan 2,4 və 5,6 GHz diapazonlarındakı PUA idarəetmə sistemlərinin siqnallarına təsir göstərməyə imkan verir.
“Serp-VS”nin əsas üstünlüklərindən biri dronları 360 dərəcəli üfüqi ox boyunca basdırmaq qabiliyyətidir. Cihazın maksimum enerji sərfiyyatı 150 Vt, təsir diapazonu isə 3 kilometrə qədərdir. Sistem və idarəetmə mərkəzi arasındakı əlaqə Ethernet şəbəkəsi vasitəsilə həyata keçirilir.