Rusiyada FPV dronları şəhər döyüşlərinə uyğunlaşdırılır

Rusiyada FPV dronları şəhər döyüşlərinə uyğunlaşdırılır

Rusiyanın İnteqrasiya edilmiş İnsansız Həllər Mərkəzi FPV (First Person View) dronlarını şəhər mühitində hücum missiyalarını yerinə yetirmək üçün uyğunlaşdırmaq üzərində fəal işləyir.

“Poliqon” xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında İnteqrasiya edilmiş Pilotsuz Həllər Mərkəzinin baş direktoru Dmitri Kuzyakin deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində binaların daxilində döyüş əməliyyatlarını həyata keçirə bilən pilotsuz uçuş aparatları hazırlanır.

D.Kuzyakin bildirib ki, bu dronlar yüksək manevr qabiliyyətinə malik olmaq, binaların divarlarındakı dəliklər kimi dar yerlərdən keçmək və pilotla sabit əlaqə saxlamaq üçün nəzərdə tutulub. Uzunmüddətli perspektivdə bu cür tədbirlər hərbi əməliyyatlar zamanı yaşayış binalarının dağıdılması kimi nəticələrin qarşısını almağa kömək edəcək.

CATEGORIES