Rusiyada “Kub” kamikadze-dronun dövlət sınaqları keçirilib

Rusiyada “Kub” kamikadze-dronun dövlət sınaqları keçirilib

2022-ci ildə Rusiya Ordusu süzən döyüş sursatları kimi yeni silah növü ilə təmin ediləcək.

“Poliqon” xəbər verir ki, “Zala Aero Group” şirkətinin məlumatına görə, yerli istehsal olan “Kub” kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) dövlət sınaqlarından uğurla keçib.

Sınaq nəticələrinə görə, “Kub” pilotsuz uçuş aparatı silahlanmaya qəbul edilmək üçün tövsiyə edilib. Süzən sursatların seriyalı tədarükü isə gələn ildən başlaya bilər. “Kub” PUA Rusiya Ordusunun silahlanmasında qəbul ediləcək ilk kamikadze-dron olacaq.

“Kalaşnikov” konserninə daxil olan “Zala Aero Group” (İjevsk şəhəri) şirkəti tərəfindən yaradılan “Kub” PUA-nın üstünlüyü gizli buraxılmasında, atışın yüksək dəqiqliyində, səssizliyində və istifadənin asanlığındadır.

Döyüş sursatının uçuş sürət diapazonu saatda 80-130 km, uçuş müddəti 30 dəqiqə, daşıdığı faydalı yükün kütləsi 3 kq, qanad açıqlığı 1,2 m, uzunluğu 95 sm-dir.

Xatırladaq ki, Rusiyada “Kub” kamikadze-dronundan başqa bir neçə digər sursat modeli də hazırlanır. Onlardan biri də “Zala Lanset”dir. Lakin, bir çox yerli ekspertlərə görə, ““Zala Lanset” PUA-nın seriyalı istehsalının açılması əhəmiyyətli bir işdən uzaq görünür. Biz bir növ prototiplərin, sınaq nümunələrinin hazırlanmasında istedadlıyıq, lakin sovet dövründən bəri seriyalı istehsal bizim üçün həmişə problemlər yaradır”.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS