Xəbərlər
Rusiyada Mi-8 hərbi helikopteri qəzaya uğrayıb

Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
“AzeriDefence” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus hərbi helikopter 15 metr hündürlükdən yerə çırpılıb və güclü yanğın baş verib.
Qəza enişi Anadırada yerləşən Kömür Mədənləri hava limanında qeydə alınıb. Hadisə zamanı 4 nəfər həlak olub. İlkin məlumata görə, helikopterin qəzaya uğramasına texniki problemlər səbəb olub.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə qədər Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus ən azı 3 ədəd Mi-8 hərbi helikopteri qəzaya uğrayıb. Nəticədə 20-dən çox hərbi qulluqçu həlak olub. Bütün qəzalara səbəb kimi texniki nasazlıq göstərilib.




