Rusiyada PUA-lar üçün hava komanda məntəqəsi sifariş edilib

Rusiyada PUA-lar üçün hava komanda məntəqəsi sifariş edilib

Rusiya Müdafiə Nazirliyi zərbə PUA-larının qruplarını idarə etmək üçün hava komanda məntəqəsi sifariş verib.

“Poliqon” xəbər verir ki, onlar artıq inkişaf etdirilməkdə olan yeni nəsil PUA-ları idarə etməyə və onların köməyi ilə yüzlərlə, hətta minlərlə kilometr məsafəni vurmağa imkan verəcək.

Rusiyada hesab edirlər ki, PUA-ları idarə etmək üçün hava komanda məntəqələri texnoloji cəhətdən inkişaf etmiş düşmən qarşısında daha dayanıqlıdır. Hava komanda məntəqəsinin təyyarə və helikopter bazasında olmaqla iki variantda yaradılması planlaşdırılır. Onlarda PUA operatorları üçün iş yerləri olacaq və güclü rabitə avadanlığı yerləşdiriləcək.

Belə həll ordunun müxtəlif qoşun növlərindən müxtəlif ölçülü və təyinatlı PUA qruplaşdırılmasına nəzarət etməyə imkan verməlidir. Eyni zamanda, rabitə məsafəsini genişləndirmək və peyk idarəetmə sisteminə alternativ olmaq üçün hava idarəetmə postlarına ehtiyac olduğu göstərilir.

Döyüş və qərargah helikopterləri, havadan uzun radiolokasiya aşkaretmə (ilkin xəbərdarlıq) təyyarələri üçün fərdi pilotsuz uçuş aparatları ilə rabitə aparatları hazırlanır. Zərbə vuran PUA-lar üçün ixtisaslaşmış uçan komanda məntəqələri eyni vaxtda onların böyük miqdarını idarə edə biləcək. Bu zaman, hələ də işlənib hazırlanmaqda olan perspektiv PUA-ları idarə etmək planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS