Rusiyanın Kosmik Qoşunları bu il 20 yeni RLS alacaq

Rusiyanın Kosmik Qoşunlarının hava hücumundan müdafiə birləşmələrinin radiotexniki alayları 2012-ci ildə 20 yeni radiolokasiya kompleksi almağı planlaşdırır. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Silahlanmaya qəbul ediləcək sistemlər arasında yenilənmiş “Qamma-S1M”, “Volqa”, “Podlet”, “Kasta-2.2” və “Nebo” stansiyasının müxtəlif modifikasiyaları yer alacaq.

“Qamma-S1M” yeni nəsil RLS-in ilk nümunələri artıq Kosmik Qoşunların Moskva və mərkəzi sənaye rayonlarında döyüş növbətçiliyi aparır.

Hava hədəflərinin müşahidəsi üçün nəzərdə tutulmuş “Qamma-S1M” RLS-ləri hərbi və mülki aviasiyanın hava hərəkətinə avtomatlaşdırılmış nəzarəti təşkil etmək üçün istifadə olunur. Stansiya istənilən təbii və süni maneələrə baxmayaraq hədəfləri effektiv aşkarlaya, koordinatları müəyyən edə və müşayiət edə bilir.

KATEQORIYA: