Xəbərlər
Rusiyanın Müdafiə naziri Bakıya gəlir – YENİLƏNİB

Rusiyanın müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfəri edəcək.
Azeri Defence saytının bildirdiyinə görə, bu barədə APA agentliyi Rusiya hərbi mənbələrinə istinadən məlumat yayıb.
APA-ın Moskva müxbirinə bildirdiyinə görə, Rusiyanın müdafiə naziri Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dənizin Kuboku”nun açılış mərasimində iştirak edəcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.




