Rusiyanın sərhəd gözətçi gəmisi Bakıda səfərdə olub

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıda səfərdə olub

Azərbaycan;n Dövlət Sərhəd Xidməti (DSX) ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirlər çərçivəsində 04-06 oktyabr tarixlərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycan ilə Rusiyanın sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oktyabrın 6-da Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin aparılması qaydalarının dəqiqləşdirilməsi həyata keçirilib.

Səfər müddətində tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib.

CATEGORIES