Ruslar hərbi gəmilərdə qurulmaq üçün “Pansir-M” hazırlayır
Rusiya Hərbi Dəniz Qüvvələri yaxın illərdə “Pansir” zenit-raket top kompleksinin dəniz variantını (Pansir-M) alacaq. Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.
Rusiya Federasiyası hökuməti yanında Hərbi-sənaye komissiyası sədrinin birinci müavini Yuri Borisovun sözlərinə görə, “Pansir-M” kompleksinin eksperimental dizayn işləri həyata keçirilir.
KATEQORIYA: Müdafiə